"Hyundai" traktorla toqquşdu, qadın öldü

20 Noyabr 2020 09:17

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunun Qazıqumlaq kəndində "Belarus" markalı traktor və "Hyundai" markalı minik avtomobili toqquşub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Əliyeva İradə Zili qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az