Baydenin Corciyada qələbəsi təsdiqləndi

20 Noyabr 2020 09:11

ABŞ Corciya ştatında prezident seçkiləri çərçivəsində səslərin yenidən hesablanması demokrat Cozef Baydenin qələbəsini təsdiqləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Bred Raffensperqerin saytında bildirilir.

Məlumata əsasən, ştatın 159 dairəsinə 5 milyondan artıq səs yenidən hesablanıb və nəticələr qubernatorun saytında yerləşdirilib. Bildirilir ki, respublikaçı Donald Trampa 2 462 857 nəfər, Cozef Baydenə isə 2 475 141 nəfər səs verib.

Demokratın üstünlüyü 12 284 səs təşkil edib.

Milli.Az