Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub

20 Noyabr 2020 08:02

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olmuşdur.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaqdır.

Milli.Az