Dünyada koronavirusa yoluxanların sayı 594 mindən çox artıb

20 Noyabr 2020 08:09

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 594 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 594 542 nəfər yeni koronavirusa yoluxub, 9 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 55 928 327, ölənlərin isə 1 344 003 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az