Fransanın Mərakeşdəki baş konsulu intihar edib

19 Noyabr 2020 23:24

Fransanın Mərakeşdəki baş konsulu Deni Fransua intihar edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş konsulu ölümü haqqında məlumat səfirliyin saytında yerləşdirilib, ölümün səbəbini isə "Le360" portalı açıqlayıb.

Səfirliyin məlumatında deyilir: "Fransa səfirliyinin bütün heyəti ailənin, doğma və yaxınların dərdinə şərik olduğunu bildirir və başsağlığı verir".

Portal qeyd edir ki, baş konsul mənzildə intihar edib, o özünü asıb.

İntiharın səbəbi barədə məlumat verilmir, lakin qeyd edilir ki, D.Fransua sentyabrın 15-i baş konsul vəzifəsinə təyin edildikdən dərhal sonra vəzifədən azad olunmasını istəyib.

Milli.Az