Türkiyədə koronavirusdan sağalanların sayı 364 mini keçib

19 Noyabr 2020 22:54

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 123 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 943 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 4 542 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 430 170 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 918 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 364 573 nəfər təşkil edir.

Milli.Az