İran XİN başçısı Azərbaycana səfər edəcək

19 Noyabr 2020 20:02

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb.

"Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək".

S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər .Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar  mövzusudur.

Milli.Az