66 obyektdə epidemiya əleyhinə rejim pozulub

19 Noyabr 2020 18:57

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarəti davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, noyabrın 18-də aparılan monitorinqlər zamanı Binəqədi rayonunda "Qarabağ ucuz market"də, "Aptek-193"də, Nərimanov rayonunda "Laminat evi" mağazasında, "Məhəllə market"də, Nəsimi rayonunda Rəcəb Nəsirova, İlqar Fərmanova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Rüstəm Qədirliyə məxsus ərzaq mağazasında, Qaradağ rayonunda "Kaktus mebel salonu"nda, Sabunçu rayonunda "Fito çay" ticarət obyektində, "Eccentric-mağaza"da, Səbail rayonunda "Sevimli dad mağazası"nda, "İvanovka mağazası"nda, Suraxanı rayonunda "Oba market"də, "Al market"də, Xətai rayonunda "Elya butik" mağazasında, Xasay Əliyevə məxsus pərakəndə ticarət obyektində, Xəzər rayonunda Adil Əliyevə məxsus tikinti materialları mağazasında, Yasamal rayonunda "Avromart 5 mərtəbə" mağazasında, "Dalğa market"də, Gəncə şəhərində "Sahil uşaq geyimləri mağazası"nda, "Stimul keramika mağazası"nda, Sumqayıt şəhərində "Halal market"də, "Qayalı market"də, Abşeron rayonunda Polad Məmmədova məxsus "Ləziz şirniyyat evi"ndə, Zahir Mahmudova məxsus mağazada, Quba rayonunda Əziz Əliağayevə məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Mənsiməxanım Ağaşovaya, İlqar Ələkbərova məxsus pərakəndə ticarət obyektlərində, Şəmkir rayonunda "Billur home" mağazasında, Yasin Nəcəfova məxsus mebel mağazasında, ümumilikdə 66 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Milli.Az