"Liverpul"un daha bir futbolçusu zədələnib.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ris Uilyams 21 yaşadək futbolçulardan ibarət İngiltərə yığmasının düşərgəsində zədələnib. Uilyamsın son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, son İngiltərə çempionununda digər müdafiəçilər Vircil van Deyk, Fabinyo, Co Qomes, Joel Matip, Trent Aleksander-Arnold və Endi Robertson da zədələnib.
Milli.Az