Ukrayna klubunda 1 gündə 25 nəfər koronavirusa yoluxdu

19 Noyabr 2020 18:39

Ukraynanın "Prikarpattya" klubunun bir gündə 25 nümayəndəsi koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Klubdakı işçilərdən yalnız 5 futbolçu və 3 məşqçinin test nümunələrinin cavabları mənfi olub.

Komandanın artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, "Prikarpattya" birinci liqasının turnir cədvəlində 13-cü pillədədir.

Milli.Az