Rol üçün rejissoru aldadıb

19 Noyabr 2020 18:34

Amerikalı aktrisa Cillian Anderson maraqlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məşhur uzun illər əvvəl bir seriala çəkilə bilmək üçün rejissora yalan danışıb. O, bildirib ki "Gizli Sənədlər" adlı ekran işində rol ala bilmək üçün yaşını artırıb. Belə ki, sənətçi 24 yaşda olduğu halda 27 deyib.

Qeyd edək ki, aktrisanın rol aldığı "Gizli Sənədlər" serialı 1993-cü ildə ekrana gəlib. Cillian ekran işində xəfiyyə "Dana Scully" obrazına həyat verib, baş rolu isə amerikalı həmkarı Devid Duhovnı ilə paylaşıb.

Milli.Az