Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - İcra başçısı

19 Noyabr 2020 17:14

İşğaldan azad edilən Füzuli rayonunun minalardan təmizlənməsi işlərinə başlanılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib.

Onun sözlərinə görə, artıq Füzuli rayon Polis şöbəsi işğaldan azad edilən əraziyə köçürülüb: "Ərazidə komendantlar yaradılıb. Hazırda Füzuli-Əhmədbəyli avtomobil yolunun çəkilməsi üçün layihələndirilmə işləri aparılır. Ərazilərin minalardan təmizlənməsi başa çatandan sonra digər tikinti-təmir işlərinə başlanacaq".

Milli.Az