Şabran sakinindən odlu silah götürülüb

19 Noyabr 2020 18:54

Şabran sakinindən qanunsuz odlu silah götürülüb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çayqaraqaşlı kəndi ərazisində  şəhər sakini N.Qasımovdan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi və 2 ədəd patron götürülüb.

Milli.Az