Müharibənin 5-ci günündə artıq 1 500 fərari var idi - Erməni general

19 Noyabr 2020 15:34

Dağlıq Qarabağ müharibəsinin 5-ci günündə artıq 1 500 fərari var idi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.

O bildirib ki, həmin fərarilər Ermənistana qayıdıb təşviş salmaması üçün Qarabağda təcrid olunmuşdu.

O əlavə edib ki, müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlar 100 faiz yalan idi:

"Müharibə dövründə belə bir qayda var: düşməni yanıltmaq üçün verilən məlumatın 30 faizi yalan olmalıdır, amma bizdə məlumatların 100 faizi yalan idi".

Milli.Az