Ermənilər Füzuli şəhər qəbiristanlığını dağıdıb - FOTO

19 Noyabr 2020 15:19

Ermənilər Füzuli şəhər məzarlığında qəbir daşlarının əksəriyyəti söküblər.

Milli.Az APA-ya istinadən bildirir ki, onlar bahalı qəbir daşlarının hamısını söküb aparıb, yalnız ucuz baş daşları olan məzarlara toxunmayıblar.

O cümlədən məzarların ətrafındakı dəmir hasarlar da sökülərək aparılıb. 

Qeyd edək ki, bu gün bir qrup jurnalist işğaldan azad edilmiş Füzuli rayonunda olub.

Milli.Az