Belarusun Azərbaycana yeni səfiri təyin olundu

19 Noyabr 2020 15:14

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Azərbaycana yeni səfirini təyin edib.

Milli.Az xəbər verir ki, bu barədə Belarusun keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov Azərbaycana səfir təyin olunub.

Qeyd edək ki, bununla yanaşı Lukaşenko bu gün Belarusun Çin, Pakistan, Ermənistan və Keniyaya yeni səfirlərini təyin edib.

Milli.Az