Azərbaycanda koronavirusa qarşı peyvəndin tətbiqi ən tez gələn ilin aprelinə mümkün ola bilər - Yaqut Qarayeva

19 Noyabr 2020 14:36

Azərbaycanda koronavirusa qarşı peyvəndin tətbiqi yaxın vaxtlara gözlənilmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bunun tətbiqi hələ mümkün deyil: "Peyvəndin tətbiqi ən tez gələn ilin aprel ayına mümkün ola bilər. Ona görə də bu qışı karantin də keçirməliyik".

Milli.Az