Virusla mübarizənin ən təsirli vasitəsi qapanmadır - TƏBİB

19 Noyabr 2020 14:32

Virusla mübarizənin ən təsirli vasitəsi qapanmadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bir çox Avropa ölkələrində sərtləşmə olub: " Bu gün bundan fərqli mübarizə metodu yoxdur. Peyvəndin tətbiqinə qədər bu cür qapanmalar olacaq. Türkiyə və Rusiyada da artıq karantin sərtləşdirilib. Azərbaycanda hələ ki lokal sərtləşməyə gedirik. Amma elə hallar olur ki lokal sərtləşmə də nəticə vermir. İnsanlar kütləvi toplaşmalardan çəkilməlidir. Bu cür hallar yoluxmanın artmasına gətirib çıxarır. Hamımız bilirik ki evlərdə kütləvi toplamalar olur. Buna görə də bu gün ailəvi yoluxmalar artır".

Milli.Az