Xəstələrin özlərini evdə müalicə etməsi çox qorxulu bir tendensiyadır - Hikmət Hacıyev

19 Noyabr 2020 14:26

Bəzi koronavirus xəstələrinin özlərini evdə müalicə etməsi çox qorxulu bir tendensiyadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, bir sıra xəstələr həkimlərin köməyi ilə özlərini koronavirusdan evdə müalicə etməyə çalışırlar: "Həmin xəstələr ağırlaşmış formada xəstəxanaya müraciət edirlər ki, bu da həm xəstələri, həm də həkimləri çətin vəziyyətdə qoyur".

Milli.Az