Koronavirusun artım tendensiyası ciddi narahatlıq doğurmaqdadır - Hikmət Hacıyev

19 Noyabr 2020 14:14

Dünyada koronavirusa yoluxma sürətlə artmaqdadır. Azərbaycanda da artım tendensiyası ciddi narahatlıq doğurmaqdadır .

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, ölüm sayında da artımın olması ciddi narahatlıq doğurur: "Yaralı əsgərlərimizin müalicəsi də səhiyyə sistemi qarşısında ciddi tapşırıqlar qoyur".

Milli.Az