Yerevanda etirazçılar yolları bağlayır - Paşinyanın istefası tələb olunur

19 Noyabr 2020 13:45

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, etirazçılar paytaxtın mərkəzində bəzi yolları bağlamağa başlayıb.

Aksiya iştirakçıları "Satqın Nikol" kimi şüarlar səsləndirirlər.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Qeyd edək ki, N.Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları Yerevanda noyabrın 10-dan etibarən keçirilir.

Milli.Az