Göyçay sakinindən dələduzluq yolu ilə 30 min manat alınıb

19 Noyabr 2020 18:14

Göyçay rayon sakinindən dələduzluq yolu ilə böyük məbləğdə pul alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulan T.Məmmədovun ətrafında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2019-cu ilin aprel ayında Göyçay rayon sakini X.Orucovu aldadaraq 30.000 manatını alması da müəyyən edilib.

Milli.Az