Masallı sakini kəndlisini güllələyib

19 Noyabr 2020 17:24

Masallı rayon sakini kəndlisini güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, rayon polis şöbəsinə noyabrın 17-də saat 23 radələrində Babaser kəndi ərazisində qanunsuz ov edən kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Nərimanzadənin ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi A.Dadaşovun qarın nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən Ə.Nərimanzadədən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.

Milli.Az