“Qarabağda atəşkəsə tam əməl olunur”

19 Noyabr 2020 13:44

"Dağlıq Qarabağda atəşkəs rejiminə tam əməl olunur".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Qarabağdakı sülhməramlı kontingent komandirinin müavini polkovnik Aleksey Polyuxoviç açıqlama verib. O bildirib ki, sülhməramlı qüvvələrin postlarındakı vəziyyət sakit olaraq qalır.

"Dağlıq Qarabağ ərazisindəki atəşkəs rejimi tam şəkildə müşahidə olunur. Sülhməramlı kontingent öz vəzifələrini nizamlı şəkildə yerinə yetirir. Postlarda sakitçilikdir",- deyə Polyuxoviç qeyd edib.

Milli.Az