Bred Pitt küçədə yemək paylayıb - FOTO

19 Noyabr 2020 13:34

Bir müddət əvvəl dələduzluqla günahlandırılaraq məhkəməyə verilən aktyor Bred Pitt xeyirxah addımı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Los-Ancelesdə görüntülənən Bred koronovirus pandemiyasından əziyyət çəkən kasıb ailələrə böyük maşınlarla yemək paylayıb. 4 saat davam edən yardım zamanı sakinlər üçün musiqi də təşkil edilib.

Pərəstişkarları Bredin ünvanına "Trampın 4 ildə edə bilmədiyini Bred 4 saatda etdi" kimi sözlər yazaraq onu tərifləyiblər. Bəzi insanlar isə son dövrlərdə keçmiş həyat yoldaşı Ancelina Colidən ayrılması ilə gündəm olan aktyorun sarsılan əvvəlki hörmətini geri qaytarmağa çalışdığını bildirib. 

Milli.Az