Bakıda mənzildə meyit tapılıb

19 Noyabr 2020 13:09

Bakıda mənzildə kişi meyiti tapılıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Cəfərov Emin Muradxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az