Müğənni Roza Zərgərli Vətən müharibəsində döyüşən əsgərlərdən birinə söz verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi hərbçi İbrahim Abdullayevin görüntülərini yayımlayaraq onun toyunda oxuyacağına söz verib:
"Hökməli qəsəbəsindən döyüşlərə könüllü olaraq qatılıb. Taksiçiliklə məşğul olur. Həmişə arzusu olub ki, ermənilərdən şəhidlərimizin, əsir qız-gəlinlərin qisasını alsın. İkinci Qarabağ müharibəsində ermənilərə qan uddurub. Anasına söz verib ki, qayıdandan sonra evlənəcək. Mən də onun toyunda iştirak edəcəm".
Milli.Az