Aleyna Tilkinin heykəli karantinə alındı - FOTO

19 Noyabr 2020 12:44

Bir müddət əvvəl müğənni Aleyna Tilki koronavirusa yoluxduğunu açıqlamışdı. Ardından virusa qarşı ikinci dəfə test elətdirən məşhur analizin cavabının mənfi çıxdığını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həm virusa yoluxduğunu, həm də yoluxmadığını deyən Aleyna sosial mediada gündəm yaradaraq müzakirə obyektinə çevrilib.

Müğənninin bu təzadlı paylaşımına Türkiyədə fəaliyət göstərən "Madam Tussauds" muzeyi reaksiya göstərib. Muzey işçiləri Aleynanın heykəlinə maska taxaraq ziyarətçiləri virusa yoluxmaqdan qoruduqlarını deyiblər:

"İstanbulun "Madame Tussauds" muzeyinin heyəti adından Aleyna Tilkiyə şəfa diləyirik. Biz muzeyi ziyarət edənlərin təhlükəsizilyi baxımından onun maketini karantinə aldıq. Bilirik muzeyə gələnlər onunla şəkil çəkdirmək istəyir. Hazırda isə bu bir az çətindir. Lakin bu Aleynanın heykəli də olsa, sosial məsafə qaydalarına riayət etmək lazımdır".

Milli.Az