Gürcüstanda koronavirusa yoluxanların sayı 90 mini ötüb

19 Noyabr 2020 12:34

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 697 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  93 092 nəfərə, ölənlərin sayı isə 535 nəfərə çatıb.

Virusa yoluxanlardan 73 877 nəfərin sağaldığı bildirilir.

Milli.Az