FİFA "The Best"dən imtina etməyəcək

19 Noyabr 2020 12:09

FİFA koronavirus pandemiyasına baxmayaraq, "The Best" mükafatını verməkdən imtina etməyəcək .

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri məlumat yayıb. Bildirilib ki, ən yaxşı futbolçu, qapıçı, məşqçinin müəyyənləşməsi üçün 25 noyabr - 9 dekabr tarixləri arasında səsvermə keçiriləcək. Mərasim tarixinin isə hələ məlum olmadığı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl FİFA-nın "The Best" mükafatını bu il verməyəcəyi barədə xəbərlər yayılmışdı.

Milli.Az