Qazaxıstanda koronavirusa daha 762 nəfər yoluxub

19 Noyabr 2020 10:04

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 762 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 123 097 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 111 172 nəfəri sağalıb, 1 945 nəfəri isə vəfat edib.

Milli.Az