Portuqaliyada prezident seçkiləri 2021-ci ilin yanvar ayında keçiriləcək

20 Noyabr 2020 06:30

Portuqaliya Prezidenti Marselu Rebelu di Soza ölkədə keçiriləcək prezident seçkilərinin dəqiq tarixini rəsmi olaraq noyabrın 24-də elan edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident seçkilərinin 2021-ci il yanvarın 24-ə keçiriləcəyi gözlənilir. Seçkilər atipik pandemiya şəraitində keçiriləcək.

Marcelu Rebelu di Soza namizədliyini seçkilərin dəqiq tarixi bildiriləndən sonra sonra elan edəcək.

Milli.Az