İmmobile sağaldı

19 Noyabr 2020 09:02

"Latsio" klubunun futbolçusu Çiro İmmobile koronavirusdan sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun son testinin nəticəsi mənfi olub.
 
İtalyan oyunçunun noyabrın 6-da koronavirusa yoluxduğu məlum olmuşdu.

Qeyd edək ki, İmmobile 2016-cı ildən "Latsio"da oynayır.

Milli.Az