UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

19 Noyabr 2020 09:14

Millətlər Liqasının 6-cı turunda Rumıniya ilə oyuna çıxa bilməyən Norveç yığmasına texniki məğlubiyyət verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Norveç millisinin rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Norveç Səhiyyə Nazirliyi koronavirus pandemiyasına görə milli komandanın səfərə çıxmasına icazə verməyib. Nəticədə UEFA-nın İntizam Komitəsi yığmaya texniki məğlubiyyə verib. Norveç Futbol Assosiasiyasının apellyasiya şikayəti vermək üçün 5 gün vaxtı var.

Milli.Az