Britaniyada benzin və dizel yanacaqlı avtomobillərə qadağa qoyulacaq

20 Noyabr 2020 07:07

Böyük Britaniyada 2030-cu ildən benzin və dizel yanacağı ilə işləyən avtomobillərə qadağa qoyulacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Boris Conson benzin və dizellə işləyən avtomobillər və mikroavtobusların 2030-cu ildən etibarən satılmayacağını deyib. O, hibrid modellərə də icazə veriləcəyini bildirib.

Bu qərar Baş nazirin yaşıl sənaye inqilabı adlandırdığı planın bir hissəsidir. Yeni qanunun qəbul olmasında məqsəd ölkədə iqlim dəyişikliyi və nüvə sənayesində irəliləyiş əldə etməkdir. Planın həyata keçirilməsi üçün büdcədən 4 milyard funt-sterlinq vəsait ayrılıb.

Milli.Az