Yaponiyanın "Fugaku" kompüteri hesablamaların aparılması sürəti üzrə ildə iki dəfə keçirilən ABŞ-Avropa TOP 500 layihəsi çərçivəsində dünyanın ən sürətli superkompüteri statusunu saxlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiyanın "Riken" Tədqiqat İnstitutu məlumat yayıb.
Müqəddəs Fuci dağının şərəfinə adlandırılan superkompüter sənaye məqsədli hesablama üsullarının sayının ölçülməsi, süni intellektin əlavələri və böyük məlumatların təhlili üzrə digər üç kateqoriyada da birinci olub. Qeyd edilir ki, "Fugaku" saniyədə 442 kvadrilyon hesablama aparmağa qadirdir ki, bu da ABŞ-ın Milli Okric laboratoriyasının hazırladığı "Summit" sistemindən 3 dəfə sürətlidir.
Yaponiyanın "Fujitsu Ltd." şirkəti ilə "Riken" Tədqiqat İnstitutunun Kobe şəhərində yerləşən Elmi Hesablama Mərkəzi tərəfindən birlikdə hazırlanmış "Fugaku" superkompüteri elmi tədqiqatlarda, sənaye həllərində və hərbi texnologiyalarda tətbiq olunan güclü modelləşməyə malikdir.
Əlavə olaraq bildirək ki, "Fugaku" superkompüterinin tam gücü ilə gələn ilin aprel ayından işə düşəcəyi bildirilir.
"Biz inanırıq ki, "Fugaku" bir çox mürəkkəb sosial problemləri həll etməyə yardım edəcək", - deyə Elmi Hesablama Mərkəzinin direktoru Satoşi Matsuoka bildirib.
Milli.Az