Neymar PSJ-yə qayıtdı

19 Noyabr 2020 08:58

Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar yığmanın düşərgəsindən klubun bazasına qayıdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda paytaxt təmsilçisinin Tvitter səhifəsi məlumat yayıb. 28 yaşlı hücumçu sol ayağındakı əzələ zədəsi səbəbindən Braziliyadan Parisə qayıdıb. O, artıq fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, Neymar bu mövsüm 6 oyuna çıxıb və 2 qol vurub.

Milli.Az