“Boeing 737 MAX” təyyarələrinin uçuşuna qoyulmuş qadağa ləğv edilib

19 Noyabr 2020 08:43

ABŞ Federal Aviasiya İdarəsi (FAA) "Boeing 737 MAX" təyyarələrinin uçuşuna qoyulmuş qadağanı ləğv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qərar "Boeing 737 MAX" təyyarəsinin satışa çıxarılmasına şərait yaratsa da, bu, onun dərhal səmaya qayıda biləcəyinə imkan vermir. FAA yeni pilot təlim proqramlarını ayrıca təsdiqləməlidir.

Milli.Az