Kanadada koronavirusdan qoruyan kaska yaradılıb

19 Noyabr 2020 22:55

Maska taxmaqdan təngə gələn Yezin Əl-Qeysi adlı Kanada sakini çoxlarının marağına səbəb olacaq qurğu yaradıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ixtiraçı koronavirusdan qoruyan və narahatlıq yaratmayan kaska yaradıb. Müasir qurğu sinə və başı tam örtür, eləcə də dəbilqə üzlüyünə malikdir. Bundan başqa, kaskaya batareyalı ventilyator və havanı təmizləyən filtr respirator quraşdırılıb.

Məlumata görə, kanadalı kaska ilə metroda hərəkət edir və mağazalara gedir ki, bu da ətrafdakıların təəccübünə səbəb olur. Bundan başqa, insanlar kaskanın harada satılması ilə maraqlanırlar. Texnologiya "BioVYZR" adlanır, kaska isə internetdə satılır.

Milli.Az