Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub

18 Noyabr 2020 21:50

Noyabrın 18-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə Milli.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Milli.Az