Bakıda ağac maşının üstündə aşdı - Bakı meriyası açıqlama yaydı - FOTO

18 Noyabr 2020 19:13

Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş "Lada Granta" markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib.

Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.

Milli.Az