Rusiyada deputat COVID-19-a yoluxdu

18 Noyabr 2020 20:24

Rusiyanın Dövlət Dumasının Vahid Rusiya partiyasından sədri Vitali Milonovda koronavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

"Koronavirus. Özümü təcrid etmişəm", - o bildirib.

Qeyd edək ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, parlamentdə 130 deputat koronavirus keçirib, ya da hazırda onun daşıyıcısıdır. Onun sözlərinə görə, hazırda 28 nəfər COVID-19 ilə əlaqədar xəstəxanaya yerləşdirilib. /medicina.az

Milli.Az