Ermənistanın baş hərbi müfəttişi istefa verdi

18 Noyabr 2020 18:06

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan istefa verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, M.Akopyan istefa ərizəsini yazdığını bildirib.

O, istefasının səbəblərini daha sonra açıqlayacağını deyib.

Qeyd edək ki, Movses Akopyan baş hərbi müfəttiş vəzifəsinə 2018-ci ilin mayında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra təyin olunmuşdu.

Milli.Az