Hamiləliyi Amerika xəyallarını məhv etdi

18 Noyabr 2020 18:28

"Muhteşem Yüz yıl" serialı ilə məşhurlaşan aktrisa Meryem Uzerli yeni layihəsindən imtina etmək məcburiyyətində qalıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sonuncu dəfə "Kovan" filmində çəkilən məşhura Amerikadan təklifi gəlib. Lakin aktrisa bunu qəbul etməyib. Səbəb isə dünyada pandemiyanın sürətlə yayılması, eyni zamanda  Meryemin hamilə olmasıdır.

Qeyd edək ki, ikinci dəfə ana olmağa hazırlaşan Meryem Uzerli son olaraq "Chelsea Film Festivalı"nda "ən yaxşı qadın aktrisa" nominasiyasında qalib olub. Aktrisa hazırda Almaniyada fəaliyyət göstərən kafesinin işləri ilə məşqul olur.

Milli.Az