Beynəlxalq Qırmızı Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

18 Noyabr 2020 15:52

Beynəlxalq Qırımızı Xaç Komitəsi (BQXK) Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

Milli.Az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurum mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə oktyabr və noyabr aylarında baş çəkib: "Komitə əməkdaşları başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti, vəziyyətləri və digər məsələlər barədə monitorinq keçirib və onların vəziyyətləri barədə ailə üzvlərinə məlumat verib".

Milli.Az