“Napoli”nin futbolçusunda koronavirus aşkarlandı

18 Noyabr 2020 19:06

"Napoli"nin və Albaniya yığmasının futbolçusu Elseid Husay koronavirusa yoluxub.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
26 yaşlı müdafiəçinin yığmanın düşərgəsində verdiyi koronavirus testinin nəticəsi müsbət olub.
 
Husay Albaniyanın bu gün Belarusa qarşı keçirəcəyi oyunu buraxacaq. Futbolçu vətənində karantində qalacaq.

Milli.Az