131 oyun təxirə salınıb - Koronavirus səbəbindən

18 Noyabr 2020 18:44

Koronavirus pandemiyasının yenidən sürətlə yayılması dünya idmanına mənfi təsirini göstərməkdə davam edir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, komanda idman növlərində artıq bir çox oyunlar təxirə salınıb.

Təsadüfi deyil ki, məhz pandemiya səbəbindən 2020/21 mövsümündə indiyə qədər 131 oyun baş tutmayıb. Bunlardan 41-i futbol, 9-u basketbol, 61-i voleybol, 20-si isə həndbol matçlarıdır.

Qeyd edək ki, koronavirus Avropa çempionatı və Tokio Yay Olimpiya Oyunları da daxil olmaqla, bir çox böyük turnirlərin 2021-ci ilə təxirə salınmasına, bəzilərinin isə ləğvinə səbəb olub.

Milli.Az