Sumqayıt Dövlət Dram Teatrı Fəxri Diploma layiq görüldü

18 Noyabr 2020 14:44

Sumqayıt Dövlət Dram Teatrı  Fəxri Diploma layiq görüldü.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən "Sağlam  və təhlükəsiz əmək şəraitinin  yaradılması  üzrə  ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə 2019-cu ildə  keçirilən  respublika müsabiqəsinin ən yaxşı  nəticəsinə görə  Sumqayıt Dövlət Dram Teatrının AHİK-in sədri  Səttar Mehbalıyevin imzası ilə  Fəxri Diplomla  təltif olunması kollektiv tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Həmçinin Respublika Mədəniyyət  İşçiləri Həmkarlar  İttifaqının sədri  Cəmilə Səttarova  tərəfindən müəssisəmizə yüksək diqqətin nümunəsi kimi  Sumqayıt Dövlət Dram Teatrına computer dəsti hədiyyə edilib. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və MİHK sədrinə  teatr rəhbərliyi  və kollektivi adından  minnətdarlığımızı bildiririk.

Sumqayıt Dövlət Dram Teatrı   COVİD-19 virusu yayıldığı  gündən  ölkədə tətbiq edilən bütün məhdudiyyətlərə,  Nazirlər Kabineti yanında təşkil olunan Operativ Qərargahın tövsiyyə və tapşırıqlarına  ciddi şəkildə əməl edibdir.  Sosial məsuliyyət hissinin artırılmasında,  bu proseslərdə gərgin  psixoloji məqamlar yaşayan insanlara, ahıllara da hər cür yardımın göstərilməsi davam etməkdədir.

Xüsusi spot və çarxlar vasitəsilə teatr  öz maarifçilik missiyasını layiqincə yerinə yetirir.  Onlayn məşqlər və repertuar planının təqdimi  təhlükəsizliyin qorunmasında  önəmli rol oynayır. Zəruri halda işə çıxan  müəyyən qisim işçi heyətinin social məsafəni  gözləməsi,  tibbi maska və digər  ləvazimatlardan istifadəsi bir mənalı şəkildə  təmin olunmaqdadır.

Bir daha teatrımıza göstərilən  v diqqətə görə Azərbaycan  Həmkarlar  İttifaqı Konfederasiyasının  və Mədəniyyət işçiləri Həmkarlar  İttifaqının  rəhbərliyinə və işçi  heyətinə  dərin minnətdarlığımızı bildiririk.

Milli.Az