Rusiya aviaşirkəti İrana uçuşları bərpa edib

18 Noyabr 2020 14:33

Rusiyanın "Aeroflot" aviaşirkəti noyabrın 18-dən etibarən İranın paytaxtı Tehrana uçuşları bərpa edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin elanında deyilir.

Uçuşlar Moskvadan Tehrana və əks istiqamətdə həftədə iki dəfə həyata keçiriləcək.

Sərnişinlər uçuşa 96 saat qalmışadək COVID-19 testindən keçməlidir.

Uçuşların dayandırılmasına koronavirus pandemiyası səbəb olmuşdu.

Milli.Az