Özil Almaniyanın 0:6 hesablı məğlubiyyətinə zarafatla reaksiya verdi

18 Noyabr 2020 13:29

"Arsenal"ın ulduz futbolçusu Məsut Özil Millətlər Liqasının 6-cı turunda Almaniyanın İspaniyaya 0:6 hesablı məğlubiyyəti barədə paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, almanların bu məğlubiyyətini zarafatla şərh edib.

Özil Tvitter hesabında "Jerom Boatenqi milliyə qaytarmağın vaxtıdır" yazıb.

Qeyd edək ki, Jerom Boatenq 2018-ci il dünya çempionatından sonra millidəki karyerasını başa vurub. Məsut Özil isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla foto çəkdirdiyinə görə irqçi təzyiqlərə məruz qalaraq yığmadan imtina etmişdi.

Milli.Az